22 
İyl
2022
18:45
81
60
1143
yuxarı
Mbappe və Kerr ilin ən yaxşı futbolçuları seçildilər - FOTO
22 İyl, 2022
18:45
1143
81
60
Mbappe və Kerr ilin ən yaxşı futbolçuları seçildilər - FOTO
ABŞ-ın Los-Anceles şəhərində 30-cu “ESPY Award” mükafatlandırma mərasimi keçirilib. Tədbirdə digər idmançılarla yanaşı, ilin ən yaxşı futbolçularının da adları açıqlanıb.
Beləliklə, PSJ-nin forvardı Kilian Mbappe ilin ən yaxşı futbolçusu seçilib. Qadın futbolçular arasında isə “Çelsi”nin avstraliyalı hücumçusu Sem Kerr bu mükafata layiq görülüb.
Hər iki oyunçu FIFA-23 futbol simulyatorunun yeni versiyasının üz qabığını bəzəyəcək.
Qeyd edək ki, “ESPY Award” - ABŞ-ın ESPN televiziya kanalı tərəfindən son təqvim ili ərzində ən yaxşı idmançılara və komandalara verilən mükafatdır. 1993-cü ildə təsis edilən ESPY-nin laureatları azarkeşlərin səsverməsi ilə müəyyən edilirlər.
PSJ Fransanın hazırkı çempionudur.
Mənbə: Çempionat
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
14 
Avq
2022
12:54
Kütləvi bilet alışına görə “İticket” çökdü, “Qarabağ” klubundan AÇIQLAMA
219
60
5948
14 
Avq
2022
09:20
Azərbaycan Premyer Liqası: “Qəbələ” “Şamaxı”nı, “Neftçi” “Kəpəz”i qəbul edəcək
99
13
933