24 
İyl
2022
23:22
257
29
6190
yuxarı
“Qarabağ” “Sürix”lə cavab oyununu stadionda izləmək istəyən azarkeşlərinə müraciət etdi
24 İyl, 2022
23:22
6190
257
29
“Qarabağ” “Sürix”lə cavab oyununu stadionda izləmək istəyən azarkeşlərinə müraciət etdi
“Qarabağ” klubu iyulun 27-də İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.
Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.
“UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sürix” (İsveçrə) - “Qarabağ” matçını “Letsiqrund” stadionundan izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü satılacaq. Biletin qiyməti 25 İsveçrə frankıdır”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda “Qarabağ” 3:2 hesabı ilə meydandan qalib ayrılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
14 
Avq
2022
17:53
İslamiada: Azərbaycan gimnastı ikinci qızıl medalını qazandı - YENİLƏNİB + FOTO
364
21
2296
14 
Avq
2022
12:54
Kütləvi bilet alışına görə “İticket” çökdü, “Qarabağ” klubundan AÇIQLAMA
330
70
7853