25 
İyl
2022
22:12
251
8
1354
Virtual karabakh

Azərbaycanın iki güləşçisi dünya çempionatının finalına yüksəlib

25 İyl, 2022
22:12
1354

Azərbaycanın iki güləşçisi dünya çempionatının finalına yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

“Report” xəbər verir ki, 55 kq-da Fəraim Mustafayev və 80 kq-da İsmayıl Rzayev qızıl medal uğrunda yarışacaqlar. Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, hindistanlı Surac Surac və türkiyəli Alperen Berberlə üz-üzə gələcəklər.

48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.

Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri