27 
İyl
2022
09:02
283
13
2830
Virtual karabakh

Çempionlar Liqası: “Qarabağ” bu gün “Sürix”lə cavab oyununa çıxacaq - VİDEO

27 İyl, 2022
09:02
2830

Çempionlar Liqası: “Qarabağ” bu gün “Sürix”lə cavab oyununa çıxacaq - VİDEO

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçrədə “Sürix”lə qarşılaşacaq. “Letsiqrund” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.

Bakıdakı ilk qarşılaşmada “köhlən atlar” rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Cavab oyunu öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Zədəsini sağaldan Qara Qarayev də artıq komandaya qoşulub və meydana çıxmağa hazırdır. Meydan sahiblərindən isə Blerim Cemaylinin matçda iştirakı sual altındadır. Evdə “Lütsern”lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının II tur qarşılaşmasından sonra əzələsində problem aşkarlanan 36 yaşlı yarımmüdafiəçinin durumuna oyun günü aydınlıq gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

27 iyul

21:00. “Sürix” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Allard Lindhaut, Çarlz Şaap, Roy de Nas, Yerun Manshot (Niderland)

Sürix, “Letsiqrund” stadionu.

İlk oyun - 2:3

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Budyo Qlimt” (Norveç) – “Linfild” (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri