27 
İyl
2022
14:56
87
15
1322
Virtual karabakh

Flavinyo “Neftçi”nin oyunları barədə: “İki top fərqini aradan qaldırmaq asan deyil”

27 İyl, 2022
14:56
1322

Flavinyo “Neftçi”nin oyunları barədə: “İki top fərqini aradan qaldırmaq asan deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin o qədər də yaxşı çıxış etmədiyini deyə bilərəm. Hər halda son illəri nəzərə alsaq, cəmi bir çempionluq bunu açıq-aşkar göstərir”.

Bunu Sports.az saytına açıqlamasında “Neftçi”nin unudulmaz futbolçusu Flavinyo deyib.

2010-2015-ci illərdə “ağ-qaralar”ın formasını geyinən, hətta kapitanlığa qədər yüksələn braziliyalı sabiq yarımmüdafiəçi “Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu “Aris” önündə şanslarını dəyərləndirib.

38 yaşlı veteran futbolçu ilk görüşdəki nəticədən xəbərdar olduğunu, cavab matçı öncəsi “Neftçi”nin mərhələ adlamaq şanslarının az olduğunu söyləyib:

“Düzü, rəqibi tanımıram. Bilirəm ki, “Neftçi” səfərdə 0:2 hesabı ilə məğlub olub. Son illər “Neftçi” elə təqdim olunub ki, məndə bu komandanın yenə güclü olmadığı fikri formalaşır. Bu üzdən cavab matçı ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Hər halda 2 top fərqini aradan qaldırmaq asan deyil”.

Flavinyo Avropa Liqasının pley-off mərhələsində Kipr təmsilçisi APOEL-i ümumi hesabda 4:2 (1:1, 3:1) məğlub edərək qrupa adladıqları 2012-13 mövsümünü də xatırlayıb. Amma o, həmin dönəmlə indikini müqayisə etməyin düzgün olmadığını düşünür:

“Çünki o vaxt “Neftçi” çox güclü idi. Əla futbolçulardan qurulan heyətimiz var idi, çempionluğa oynayırdıq. Xatırladığım qədərilə APOEL də yaxşı vaxtlarını keçirirdi. İndiki “Neftçi”ni isə o dövrdəki ilə müqayisə etmək olmaz. Ümid edirəm ki, “Neftçi” yenə Kipr komandasını keçər. Amma hər iki komandanın hazırkı vəziyyətini dəqiq bilmədiyim üçün konkret proqnoz verə bilmərəm”.

Qeyd edək ki, Flavinyo “Neftçi” ilə ardıcıl 3 mövsüm (2010-11, 2011-12, 2012-13) Azərbaycan çempionu olub, 2 dəfə isə (2012-13, 2013-14) ölkə kubokunu qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri