28 
İyl
2022
23:25
155
79
3335
Virtual karabakh

Konfrans Liqası: “Zirə” mübarizəni dayandırdı - YENİLƏNİB

28 İyl, 2022
23:25
3335

Konfrans Liqası: “Zirə” mübarizəni dayandırdı - YENİLƏNİB

İsraildə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Makkabi” (Təl-Əviv) və “Zirə” matçı başa çatıb. 

Oxu.Az xəbər verir ki, oyunda hesab açılmayıb. 

İlk qarşılaşmada Bakıda rəqibinə 0:3 hesabı ilə uduzan “Zirə” mübarizəni dayandırıb. 

21:37

İsraildə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Makkabi” (Təl-Əviv) və “Zirə” matçı start götürüb. 

Oxu.Az xəbər verir ki, oyunda start fiti səslənib.

Qarşılaşmada ilk hissə davam edir.  

20:43

İsraildə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Makkabi” (Təl-Əviv) və “Zirə”nin start heyətləri açıqlanıb.

“Report”un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, kollektivlər meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Makkabi”: 1. Daniel Perets, 4. Enrix Saborit, 5. İdan Naxmias, 14. Yoris van Overeem, 16. Qavriel Kaniçovski, 17. Brendli Kuvas, 21. Şeran Yeyni, 23. Eyal Qolasa, 28. Andre Geraldes, 77. Matan Hozez, 99. Corce Yovanoviç
Ehtiyat oyunçular: 19. Daniel Tenenbaum, 6. Den Qleyzer, 10. Dan Biton, 11. Eylon Almoq, 22. Avi Rikan, 24. Nadav Niddam, 27. Ofir Davidzada, 30. Maor Kandil, 32. Dor Turgeman, 37. Oskar Qlux, 66. Nir Biton
Baş məşqçi: Vladimir İviç

“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 26. Nemanya Ancelkoviç, 32. Qismət Alıyev, 44. Dmitrios Çantakias, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 2. Sərtan Taşkın, 4. Cəlal Hüseynov, 7. Filipe Paxtman, 9. Loris Bronyo, 13. Ramin Əhmədov, 47. Məhəmməd Hamdui, 56. Samir Ağayev, 64. Mahmud Ağayev, 77. Mirsayib Abbasov
Baş məşqçi: Rəşad Sadıqov

Qeyd edək ki, Təl-Əvivdəki “Blumfild” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri