30 
İyl
2022
18:43
161
9
1415
Virtual karabakh

Şahmat Olimpiadası: Kişi və qadın millilərimizdən ikinci qələbə

30 İyl, 2022
18:43
1415

Şahmat Olimpiadası: Kişi və qadın millilərimizdən ikinci qələbə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Oxu.Az xəbər verir ki, bu gün həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız növbəti oyunlarını keçiriblər.

Kişilərdən ibarət yığmamız Filippinlə qarşılaşıb.

Yığmamız görüşdən 3:1 hesablı üstünlüklə ayrılıb. Belə ki, Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Rauf Məmmədovla Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb.

Komandamız ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələmişdi.

II tur

Filippin – Azərbaycan – 1:3

Mark Paraqua – Rauf Məmmədov – 0,5:0,5

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1

Qadınlardan ibarət yığmamız da Olimpiadadakı ikinci oyununu qələbə ilə yekunlaşdırıb.

Millimiz II turda Finlandiya seçməsindən güclü olub – 4:0

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva bütün rəqiblərinə qalib gəlib.

Komandamız ilk turda da Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə üstələmişdi.

II tur

Finlandiya – Azərbaycan - 0:4

Anastasiya Nazarova – Günay Məmmədzadə - 0:1

Yoanna Paasikanqas – Xanım Balacayeva - 0:1

Tanya Tuominen – Gülnar Məmmədova - 0:1

Sarabella Norlamo – Ülviyyə Fətəliyeva - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Zaur Xudiyev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri