31 
İyl
2022
23:44
181
26
3500
yuxarı
Levandovski Benzema barədə: “Müqayisə etmək istəməzdim”
31 İyl, 2022
23:44
3500
181
26
Levandovski Benzema barədə: “Müqayisə etmək istəməzdim”
Robert Levandovski Kərim Benzema ilə qarşıdakı rəqabəti ilə bağlı sualı cavablandırıb.
O, bu rəqabətdən nə gözlədiyini açıqlayıb.
“Benzema əla oyunçudur. O, bunu son Çempionlar Liqasında PSJ, “Çelsi” və “Mançester Siti”yə qarşı etdikləri ilə göstərib. O, 10, hətta 12 ildir ki, La Liqadadır - dəqiq xatırlamıram. Benzema bu liqa ilə çox tanışdır. Hətta Çempionlar Liqasında da ən yaxşılardan biri olduğunu sübut edib.
Məncə, La Liqada bu qədər yaxşı hücumçuların olması əladır. Azarkeşlər üçün daha maraqlı olacaq.
Mən özümü onunla müqayisə etmək istəməzdim. Çünki məni yenilik gözləyir, o isə uzun illərdir La Liqadadır.
Mənim üçün “Barselona” ilə nəyə nail olmağımız daha önəmli olacaq”, - “Barselona”nın hücumçusu bəyan edib.
Mənbə: sports.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
5 
Dek
2023
19:22
“Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı
55
8
940
5 
Dek
2023
13:28
“Qarabağ”ın baş direktoru: “Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”
169
6
883