Avq
2022
16:18
193
20
4930
Virtual karabakh

“Neftçi” “Rapid”i məğlub etsə, hansı klubla qarşılaşacaq? - YENİLƏNİB

2 Avq, 2022
16:18
4930

“Neftçi” “Rapid”i məğlub etsə, hansı klubla qarşılaşacaq? - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub.

“Ağ-qaralar” III təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələsə, növbəti raundda “Vaduts” (Lixtenşteyn) / “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

10:32

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbir UEFA-nın mənzil-qərargahında təşkil olunacaq.

Turnirdə Azərbaycanın hazırkı yeganə təmsilçisi “Neftçi”nin də potensial rəqibi müəyyənləşəcək. 3-cü təsnifat mərhələsinin “Neftçi” - “Rapid” (Vyana, Avstriya) cütü “səpələnməmişlər” səbətində yer alacaq. Qalib pley-off mərhələsində aşağıda adları çəkilən komandalardan biri ilə qarşılaşacaq:

“Nitsa” (Fransa) 

“Hayduk” (Split, Xorvatiya) - “Vitoriya” (Portuqaliya) cütünün qalibi

“Vaduts” (Lixtenşteyn) - “Konyaspor” (Türkiyə) cütünün qalibi 

“Vikinq” (Norveç) - “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi

Pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də matçı keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri