Avq
2022
22:23
237
26
4624
Virtual karabakh

Stanislav Çerçesov: “Hesab onu deyir ki, hər şey yenidən başlayacaq”

3 Avq, 2022
22:23
4624

Stanislav Çerçesov: “Hesab onu deyir ki, hər şey yenidən başlayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Əvvəlki "Qarabağ"la indikini yalnız cavab oyunundan sonra müqayisə edə bilərəm".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, geri çəkilmələri səfərdə oynamaqla bağlı idi: "Komandanın öz meydanında oynaması üstünlükdür. Azarkeşlər də öz futbolçularını irəli səsləyirdilər. Buna görə müəyyən anlarda müdafiə olunduq. Burada hava şəraiti də rol oynadı. Amma bizim də yaxşı epizodlarımız oldu. Bu da onu göstərir ki, heç də geri çəkilməmişdik".

59 yaşlı baş məşqçinin sözlərinə görə, həm oyundan, həm də nəticədən razı qalıb: "Komanda bütün lazımi sözləri məndən eşidəcək. Elə şeylər var ki, öz aramızda danışırıq. Bu, ictimaiyyət üçün deyil. Deyəcəyim sözləri növbəti matçda nümayiş etdirəcəyik".

Çerçesov Rusiyadan yaxşı tanıdığı Ramil Şeydayev haqqında da danışıb: "Ramili çox yaxşı tanıyıram. Amma o, hazırda digər komandada çıxış edir. Ona görə də Şeydayevin çıxışını həmkarım dəyərləndirsə, daha yaxşı olar. Mənim onun oyununu şərh etməyim dügün olmaz".

O, cavab oyunundakı şansları da dəyərləndirib: "1:1 hesabı onu deyir ki, hər şey yenidən başlayacaq".

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri