Avq
2022
17:20
179
11
2823
Virtual karabakh

“Neftçi”nin qol ümidi çağırış etdi

4 Avq, 2022
17:20
2823

“Neftçi”nin qol ümidi çağırış etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərhələləri irəlilədikcə rəqiblərin adı və gücü də dəyişir. “Rapid” kifayət qədər təcrübəli və bacarıqlı komandadır. Çətin oyun olacaq”.

“Neftçi”nin yeni transferi Qodsvey Donyo Sports.az-a açıqlamasında Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Neftçi” – “Rapid” qarşılaşması haqda danışıb.

Qanalı hücumçu komandasının gücünə inanır. Bu həssas məqamda azarkeşlərə səslənməyi də özünə borc bilir:

“Futbolda mümkünsüz heç nə yoxdur. Hər iki komanda uğur qazanmaq üçün çalışır. Amma mən “Neftçi”nin nəyə qadir olduğunu bilirəm. Səviyyəli futbolçulardan qurulmuş yaxşı kollektivimiz var.

İlk matçda ən böyük üstünlüyümüz azarkeş amili olacaq. “Aris”i məhz onların dəstəyi hesabına keçdik. Stadionda möhtəşəm ab-hava var idi. Həmin atmosferi yenidən görməyi arzu edirik. Ümid edirəm bu dəfə arenamız tam dolacaq və birlikdə uğurlu nəticəyə sevinəcəyik. Hər kəsi stadiona səsləyirəm”.

Qodsvey Donyo “ağ-qaralar”ın heyətin rəsmi matçda ilk qolunu “Neftçi” – “Aris” (3:0) görüşündə hesabı açmaqla vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri