Avq
2022
00:06
20
249
1967
Virtual karabakh

“Rapid”ın baş məşqçisi: “Təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”

5 Avq, 2022
00:06
1967

“Rapid”ın baş məşqçisi: “Təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oyundan öncə “Neftçi”ni istəyirdik sıxışdıraq. Ancaq gördük ki, bu alınmır. “Neftçi” hər addımda bizim planlarımızı pozur”.

“Report”un məlumatına görə, bunu Avstriyanın “Rapid” klubunun baş məşqçisi Ferdinand Feldhofer Bakıda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Avstriyalı mütəxəssis “Neftçi”dən Eddi İsrafilovu fərqləndirib: “O, fərdi planda fərqlənən futbolçudur. Biz isə təhlükəli oyunumuzu Vyanada göstərəcəyik”.

42 yaşlı baş məşqçinin sözlərinə görə, məğlubiyyət onlara pis təsir etməyib: “1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar”.

Qeyd edək ki, cavab matçı avqustun 11-də Vyanada keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri