Avq
2022
19:11
83
15
1277
Virtual karabakh

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi qalib gəldi, qadınlar məğlub oldu

5 Avq, 2022
19:11
1277

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi qalib gəldi, qadınlar məğlub oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

“Report” xəbər verir ki, VII turda İsrail seçməsi ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb.

Qədir Hüseynov və Vasif Durarbəyli rəqiblərinə qalib gəlib, Şəhriyar Məmməmdyarov və Nicat Abbasov isə sülhə razılaşıb.

Qadınlardan ibarət yığma isə Hindistanla bacarmayıb.

Şahmat Olimpiadası

VII tur

Kişilər

Azərbaycan - İsrail - 3:1

Şəhriyar Məmmədyarov - Avital Boruçovski - 0,5:0,5

Qədir Hüseynov - İlya Smirin - 1:0

Vasif Durarbəyli - Maksim Rodşteyn - 1:0

Nicat Abbasov - Yevgeni Postnı - 0,5:0,5

Qadınlar

Azərbaycan - Hindistan - 1,5:2,5

Günay Məmmədzadə - Hampi Koneru - 1:0

Xanım Balacayeva - Harika Dronavali - 0,5:0,5

Gövhər Beydullayeva - R Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tania Sadçev - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri