Avq
2022
12:26
153
19
1670
Virtual karabakh

Murad Musayev: “Ferentsvaroş”dan təklif almışdım, “Sabah”ı seçdim, peşman deyiləm”

8 Avq, 2022
12:26
1670

Murad Musayev: “Ferentsvaroş”dan təklif almışdım, “Sabah”ı seçdim, peşman deyiləm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev Rusiyanı tərk etmək barədə verdiyi qərarın səbəbini açıqlayıb.

38 yaşlı mütəxəssis qeyd edib ki, Rusiyadakı futbol mühiti onun ürəyincə olmayıb:

“Düzünü desəm, Rusiyanı tərk etmək istəyirdim. Ətrafda futbol analitikası və oyunun təhlilindən daha çox, səs-küy var idi”.

Murad Musayev hazırda Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş”dan təklif aldığını da açıqlayıb.

“Adını çəkmək istəmədiyim Şərqi Avropa ölkəsindən olan klubla, həmçinin keçmiş SSRİ məkanında olan ölkələrin klubları ilə təmaslarımız olub. Bu gün mən başa düşürəm ki, “Sabah”ın təklifini qəbul etməklə doğru addım atmışam, peşman deyiləm və bütün diqqətimi futbola və sevimli işimə yönəltmişəm”.

Məlumat üçün qeyd edək ki, Murad Musayev 2021-ci ilin oktyabrından “Sabah”a rəhbərlik edir. Onun Azərbaycan klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.

Mənbə: “Matç TV”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri