Avq
2022
13:52
92
7
927
Virtual karabakh

Yığma komandamız V İslam Həmrəylik Oyunlarında iştirak edəcək

8 Avq, 2022
13:52
927

Yığma komandamız V İslam Həmrəylik Oyunlarında iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ağır atletika yığmasının üzvləri 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında iştirak edəcək. 

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb.

Oyunda baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq. 

Onlar aşağıdakılardır:

Qadınlar: 

Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Moum (76 kq).

Kişilər: 

Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq), Əli Şükürlü (109 kq).
Ağır atletika üzrə yarışlar 11-15 avqust tarixlərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri