Avq
2022
16:20
79
16
1257
Virtual karabakh

Afrika Futbol Konfederasiyası UEFA-nı “Napoli”nin prezidentini istintaqa cəlb etməyə çağırıb

8 Avq, 2022
16:20
1257

Afrika Futbol Konfederasiyası UEFA-nı “Napoli”nin prezidentini istintaqa cəlb etməyə çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Afrika Futbol Konfederasiyası (CAF) İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio de Laurentisin qitədən olan futbolçularla müqavilə imzalamaq istəməməsi ilə bağlı açıqlamalarını qəbuledilməz hesab edib və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) ona qarşı intizam istintaqı açmağa çağırıb.

Bu barədə CAF-ın mətbuat xidməti məlumat yayıb.

De Laurentis daha əvvəl Afrikadan olan oyunçuları “Napoli”yə dəvət etmək istəmədiyini demişdi, səbəb kimi isə onların mövsümün qızğın vaxtında Afrika Millətlər Kubokunda iştirak etmək üçün klubları tərk etmələrini göstərmişdi. O, həmçinin hesab edir ki, afrikalı futbolçular milli komandaların turnir və seçmə oyunlarını buraxmaq üçün müqavilə imzalamalıdırlar.

“CAF müxtəlif mədəniyyətlərə, dillərə, etnoslara, irqlərə və dinlərə mənsub insanları bir araya gətirən futbolun Afrika, Avropa, Amerika, Asiya və dünyanın hər yerində oynadığı rola sadiqdir. Şübhə etmirik ki, “Napoli” və UEFA bu qlobal humanitar məqsədlərə CAF qədər sadiqdirlər. Afrika Millətlər Kuboku Afrika qitəsində əsas yarışdır və dünyanın aparıcı futbol oyunlarından biridir. Kamerunda keçirilən sonuncu turnir 160-dan çox ölkədə nümayiş etdirilib və 600 milyondan çox tamaşaçı cəlb edib”, - deyə CAF-dan əlavə edilib.

Qeyd edək ki, 73 yaşlı De Laurentis 2004-cü ildən “Napoli”nin prezidentidir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri