Avq
2022
09:04
289
8
4076
Virtual karabakh

Çempionlar Liqası: “Qarabağ” bu gün Macarıstanda cavab oyununa çıxacaq - AFİŞA

9 Avq, 2022
09:04
4076

Çempionlar Liqası: “Qarabağ” bu gün Macarıstanda cavab oyununa çıxacaq - AFİŞA

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“Köhlən atlar” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olacaq. “Groupama Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.

Azərbaycan çempionu oyuna ciddi itkilərlə çıxacaq. İki əsas mərkəz müdafiəçisi - Maksim Medvedev və Kevin Medina - zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək. Əvəzində ilk görüşü cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olacaqlar. Budapeşt təmsilçisindən isə Henri Vinqonun Ağdam klubuna qarşı oynamayacağı dəqiqdir. Rayan Mmae və Mats Knusterin meydana çıxmaları isə sual altındadır.

Mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Bu cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) duelinin güclüsü ilə görüşəcək. Moldovadakı ilk matçda Çexiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. “Ferentsvaroş” – “Qarabağ” cütündə uduzan tərəf isə Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq. İrlandiyadakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

9 avqust

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)

VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva

Budapeşt, “Groupama Arena”.

Bu gün həmçinin UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin digər cavab oyunları keçiriləcək.

Moldova “Şerif”i Çexiyada “Viktoriya” (Plzen) kollektivinin qonağı olacaq. 

Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan “Lüdoqorets”ini sınağa çəkəcək. Zaqreb klubu ilk matçda qalib gəlib – 2:1. “Dinamo” mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək.

UEFA Çempionlar Liqası cavab oyunları

20:00. “Jalgiris” (Litva) – “Budyo Qlimt” (Norveç)

İlk oyun – 0:3

21:00. “Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail)

İlk oyun – 0:4

21:00. “Viktoriya” (Plzen, Çexiya) – “Şerif” (Moldova)

İlk oyun – 2:1

21:00. “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 0:5

21:45. “Midtüllann” (Danimarka) – “Benfika” (Portuqaliya)

İlk oyun – 1:4

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 1:1.

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)

İlk oyun – 2:1

22:30. PSV (Niderland) – “Monako” (Fransa)

İlk oyun – 1:1.

22:30. “Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun – 0:1

22:45. “Reyncers” (Şotlandiya) – “Yunion” (Belçika)

İlk oyun – 0:2

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri