Avq
2022
18:32
227
16
1121
Virtual karabakh

İslamiada: Azərbaycan idmançıları daha bir medal qazandı

9 Avq, 2022
18:32
1121

İslamiada: Azərbaycan idmançıları daha bir medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.

Oxu.Az xəbər verir ki, millimizin taekvondoçusu Qaşım Maqomedov İslamiadada çıxışını bürünc medalla başa vurub.

58 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz startda BƏƏ idmançısı Muşari Məhəmmədə 2:0 hesabı ilə qalib gələrək 1/4 final mərhələsinə adlayıb. O, ikinci qarşılaşmasında pakistanlı Xan Harunla üz-üzə gəlib. Gərgin keçən döyüşdə Maqomedov 2:1 hesabı ilə qələbə qazanıb.

Yarımfinalda İran idmançısı Lotfi Hosseinlə qarşılaşan Qaşım məğlub olaraq, bürünc medalla kifayətlənib.

Digər taekvondoçularımızdan Səyyad Dadaşov (54 kq) 1/4, Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, İslamiadada taekvondo yarışları 4 gün keçiriləcək və avqustun 12-də başa çatacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri