10 
Avq
2022
10:18
261
9
3773
Virtual karabakh

Stanislav Çerçesov: “Deməliyəm ki, bu, layiqli məğlubiyyətdir”

10 Avq, 2022
10:18
3773

Stanislav Çerçesov: “Deməliyəm ki, bu, layiqli məğlubiyyətdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün meydanda özümüzü göstərə bilmədik. Əvvəldən matça düzgün yanaşmadıq. Və oyun planladığımız kimi getmədi”.

Azxeber.com xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un (Macarıstan) baş məşqçisi Stanislav  Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Mütəxəssis özlərindən daha üstün olan rəqibə uduzduqlarını söyləyib:

“Deməliyəm ki, bu, layiqli məğlubiyyətdir. Belə matçdan sonra emosiyalara qapıla bilərsən, ona görə də indi bir addım geri çəkilməliyəm. Sakitcə yenidən matçı izləməliyəm və yalnız bundan sonra onu düzgün dəyərləndirə bilərəm.

Oyunçular üçün ayrıca sözlərim var idi. Lakin onlar mənim oyunçularımdır və mənim futbolçularım dünyanın ən yaxşılarıdır”.

Qeyd edək ki, “Ferentsvaroş” iki oyunun nəticəsinə əsasən “Qarabağ”a uduzaraq (1:1, 1:3) ÇL-də mübarizəni dayandırıb. Macarıstan təmsilçisi Avroliqanın pley-offunda iştirakına davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri