10 
Avq
2022
15:34
248
17
2879
Virtual karabakh

Qadın güləşçimiz finalda məğlub oldu, Stadnik finalda - YENİLƏNİB + VİDEO

10 Avq, 2022
15:34
2879

Qadın güləşçimiz finalda məğlub oldu, Stadnik finalda - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Oxu.Az xəbər verir ki, 50 kq-da yer alan idmançı yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. 

Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.

15:28

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Oxu.Az xəbər verir ki, 59 kq-da çıxış edən idmançı 2-ci yer uğrunda qarşılaşmada türkiyəli Elmas Çelikə “tuşe” ilə qalib gəlib.

14:18

Qadın güləşi üzrə dördqat Olimpiya mükafatçısı, ikiqat dünya və səkkizqat Avropa çempionu, Avropa Oyunlarının ikiqat və IV İslam Həmrəylik Oyunlarının qalibi Mariya Stadnik Türkiyənin Konya şəhərində keçirilən İslamiadaya parlaq qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, təxminən bir illik fasilədən sonra güləş döşəyinə qayıdan Stadnik A qrupunda Qazaxıstan təmsilçisi Svetlana Ankiçeva ilə qarşılaşıb.

O, 33 saniyəyə rəqibindən xallar alaraq görüşü erkən qələbə ilə başa vurub.

Azərbaycanın digər qadın güləşçisi, üçqat Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının gümüş medalçısı, II Avropa Oyunlarının mükafatçısı Alyona Kolesnik (59 kiloqram) də İslamiadaya qələbələrlə başlayıb. 59 kiloqram çəkidə yer alan Kolesnik əvvəlcə qazaxıstanlı Dürdanə Bekeşi vaxtından əvvəl 12:0, daha sonra özbəkistanlı Dilfuzə Aymbetovanı 6:3 hesabı ilə üstələyib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri