10 
Avq
2022
15:17
491
25
5527
Virtual karabakh

Hacı Əliyev finala yüksəldi - YENİLƏNİB + VİDEO

10 Avq, 2022
15:17
5527

Hacı Əliyev finala yüksəldi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev finala yüksəlməklə, ən azı gümüş medalı təmin edib.

14:30

Azərbaycan sərbəst güləşçisi Hacı Əliyevin Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə insident baş verib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, buna üçqat dünya və üçqat Avropa çempionunun iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsi səbəb olub.

Qarşılaşmanın baş hakimi iki epizodda Əliyevin tətbiq etdiyi fəndləri hesaba almayıb. Üstəlik, iki güləşçi arasında gərginlik yaşanıb. İdmançı və yığmanın məşqçisi Zəlimxan Hüseynovun etirazlarına baxmayaraq, qərar dəyişməyib.

Haqsızlıqlara rəğmən, titullu pəhləvan hesabda dönüş edə bilib. Nəticədə o, 7:4 hesabı ilə önə çıxıb. Bu dəfə İran tərəfinin etirazı səmərə verməyib və aktivinə daha bir xal əlavə edən Əliyev 8:4 hesablı üstünlüklə qarşılaşmanın qalibi olub. Beləliklə, o, yarımfinala vəsiqə əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri