10 
Avq
2022
15:36
180
11
1350
Virtual karabakh

İslamiada: Azərbaycanın qadın voleybol millisi Əfqanıstana qalib gəldi

10 Avq, 2022
15:36
1350

İslamiada: Azərbaycanın qadın voleybol millisi Əfqanıstana qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan millisi Əfqanıstan üzərində çətinlik çəkmədən qalib gəlib - 3:0 (25:4; 25:11; 25:4).

Azərbaycan daha əvvəl avqustun 8-də Seneqaldan üstün olmuşdu - 3:0 (25:7; 25:6; 25:10).

Qeyd edək ki, Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri