10 
Avq
2022
16:33
38
119
1490
Virtual karabakh

“Misli” ilə Premyer Liqanın sponsorluğuna dair müqavilə imzalanıb - FOTO

10 Avq, 2022
16:33
1490

“Misli” ilə Premyer Liqanın sponsorluğuna dair müqavilə imzalanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin imzalanma mərasimi keçirilib.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar. Ölkəmizdə idmanın kütləviləşməsi yönündə dəstək göstərən “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.

“Misli” ilə əməkdaşlığın önəmindən bəhs edən AFFA-nın prezidenti Rövnəq Abdullayev razılaşmanın futbolun inkişafına daha da təkan verəcəyini bildirib.

Mərasimdə çıxış edən “Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirören “Misli”nin Azərbaycan Premyer Liqasının baş sponsoru olması ilə ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri