10 
Avq
2022
20:58
500
18
2148
yuxarı
Azərbaycanın daha bir güləşçisi İslamiadada qızıl medal qazanıb
10 Avq, 2022
20:58
2148
500
18
Azərbaycanın daha bir güləşçisi İslamiadada qızıl medal qazanıb
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov final görüşünə çıxıb.
“Report” xəbər verir ki, 74 kq çəki dərəcəsində rəqib iranlı Məhəmmədsadıq Firuzpur olub. Görüş Bayramovun qələbəsi ilə yekunlaşıb -2:1.
Bununla da Azərbaycan İslamiadada güləş növündə beşinci medalını qazanıb. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçi Hacı Əliyev (65 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək