11 
Avq
2022
14:06
216
21
2915
Virtual karabakh

Rafael Fiziyev: “Akademiyanı bitirib zabit oldum, sonra fikrimi dəyişib Tailanda getdim” - VİDEO

11 Avq, 2022
14:06
2915

Rafael Fiziyev: “Akademiyanı bitirib zabit oldum, sonra fikrimi dəyişib Tailanda getdim” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev onu sevənləri maraqlandıran sualları cavablandırıb.

O, “CBC Sport” kanalının “Təkbətək” verilişinin qonağı olub.

Rafael UFC-dəki döyüşü zamanı sınan burnunun hazırda yaxşı olduğunu və evdə istirahət etdiyini bildirib.

O, “Qazaxıstan doğuldun, anan rusiyalı, atan azərbaycanlıdır. Sən isə Qırğızıstanda böyüyüb başa çatmısan. Özünü haralı kimi hiss edirsən?” sualına “Həyatı dərk etdiyim anları Qırğızıstanda yaşamışam, amma həmişə öz köklərimə sadiq qalmışam. Özümü həmişə azərbaycanlı kimi hiss edirdim”, deyə cavab verib.

R.Fiziyev Azərbaycanı təmsil etməsi ilə bağlı qərarından da danışıb:

“Gənclər və idman naziri məni doğma insan kimi qarşıladı və Azərbaycandan olduğumu, doğma olduğumu hiss elətdirdi. Onunla söhbətdən sonra Azərbaycan üçün önəmli olduğumu hiss etdim. Bunun üçün nazirə minnətdaram”.

Rafael daha sonra daxili işlər orqanlarında işləyən atası barədə danışıb.

O, atasının işini davam etdirmək istəsə də, akademiyanı bitirib zabit olduqdan sonra fikrinin dəyişdiyini bildirib.

“Sistemi daxildən gördüm və qərarımı dəyişdim. Tailanda arzularımı reallaşdırmaq üçün yola düşdüm”.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri