13 
Fev
2015
20:05
81
13
4018
Virtual karabakh

Azərbaycanda futbolçuların maaşlarına limit tətbiq olunacaq

13 Fev, 2015
20:05
4018

Azərbaycanda futbolçuların maaşlarına limit tətbiq olunacaq

Əmək haqlarını maksimal mümkün məbləği açıqlanıb.

AFFA Klub komitəsinin rəhbəri, “Xəzər-Lənkəran”ın vitse-prezidenti Tuyğun Nadirov Komitənin növbəti iclasına yekun vurub. 

“Bu gün qəbul edilən ən əsas qərar 23 və 21 yaşadək futbolçuların maaşlarına limitin qoyulması oldu, - Oxu.Az Tuyğun Nadirovun sözlərindən sitat gətirir. – Bu qərar AFFA İcraiyyə Komitəsinin müzakirəsinə çıxarılıb. 

Qərara gəldik ki, 21 yaşdan kiçik futbolçular əyalət klubunda oynayarkən 35 min manatdan çox olmayan məbləğdə, paytaxt komandasında isə 30 min manatdan çox olmayan məbləğdə maaş alacaqlar.

23 yaşdan aşağı futoblçulara gəldikdə isə, onlar üçün bu rəqəm müvafiq olaraq 60 və 50 min manat təşkil edəcək.

Nə üçün bu qərara gəldik? Qoy yaxşı maliyyə imkanları olan klublar oyunçuları daha kasıb klublardan apara bilməsinlər. Axı belə olan halda tez-tez gənc futbolçunun inkişafı dayanır.

Məsələyə necə nəzarət olunacaq? Klublar protokol imzalayacaqlar. Əgər qaydalar pozulsa, həmin futbolçu diskvalifikasiya edilə, klub isə lisenziyadan məhrum ola bilər. Lakin sizə deiym ki, çətin ki, hansısa klub razılaşmanı pozsun. Hamı “lehinə”ə səs verib. Klublar nə üçün öz qərarlarının əleyhinə çıxmalıdırlar?”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclası martın 6-da baş tutacaq.

F.H. 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri