13 
Avq
2022
17:12
239
14
1601
Virtual karabakh

Azərbaycan millisinin kapitanı: “Türkiyə çox layiqli rəqibdir”

13 Avq, 2022
17:12
1601

Azərbaycan millisinin kapitanı: “Türkiyə çox layiqli rəqibdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz bu gün komanda oyunu nümayiş etdirdik. Sonadək oynadıq”.

“Report”un xəbərinə görə, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında qadın həndbolu üzrə milli komandaların yarımfinal görüşündə Özbəkistan millisinə 40:27 hesabı ilə qalib gəlmiş Azərbaycan yığmasının kapitanı Rəna Həsənova deyib.

O, sabah meydan sahibi Türkiyə ilə keçiriləcək matç haqda bunları deyib:

“Türkiyə ilə finalda sonadək oynayacağıq. Onlar bizim üçün çox layiqli rəqibdir”.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda Kameruna 10:0 (texniki qələbə), Əfqanıstana 43:9 və İrana 26:17 qalib gələrək qrupda 6 xalla birinci olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri