13 
Avq
2022
22:35
259
42
6006
Virtual karabakh

“Mançester Yunayted” darmadağın oldu – YENİLƏNİB + VİDEO

13 Avq, 2022
22:35
6006

“Mançester Yunayted” darmadağın oldu – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının II turununun növbəti matçında “Mançester Yunayted” səfərdə “Brentford”la qarşılaşıb.

Görüş “qırmızı şeytanlar”ın darmadağını ilə yekunlaşıb. “Manukunianlar” dörd cavabsız qolla məğlub olublar.

20:52

İngiltərə Premyer Liqasında II tur davam edir.

Oxu.Az xəbər verir ki, günün ilk oyununda “Aston Villa” “Everton”la qarşılaşıb.

Bir zamanlar İngiltərə millisində komanda yoldaşı, Premyer Liqada isə “Çelsi” və “Liverpul”un əfsanələri kimi rəqib olan Frenk Lempardla (“Everton”) Stiven Cerard (“Aston Villa”) bu dəfə baş məşqçi kimi rəqib olublar.

Görüş “Aston Villa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Arsenal” isə doğma meydanda “Lester”i sınağa çəkib.

Braziliyalı hücumçu Qabriel Jesusun iki qol, iki məhsuldar ötürmə ilə qəhrəman olduğu matçı “topçular” 4:2 hesablı qələbə ilə başa vurublar.

Günün maraqlı qarşılaşmalarından biri də Mançesterdə keçirilib.

“Mançester Siti” “Bornmut”u darmadağın edib – 4:0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri