13 
Avq
2022
20:37
356
22
4616
Virtual karabakh

“Qarabağ”ın “Viktoriya” ilə matçının biletləri satışa çıxarılır

13 Avq, 2022
20:37
4616

“Qarabağ”ın “Viktoriya” ilə matçının biletləri satışa çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah - avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

“28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində (11:00-dan 22:00-dək).

Qeyd edək ki, “Qarabağ”la “Viktoriya” arasında ilk görüş avqustun 17-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq. Cavab görüşü isə avqustun 23-ü Çexiyada oynanılacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri