14 
Avq
2022
14:32
449
23
1952
Virtual karabakh

Azərbaycan gimnastları qarışıq cütlükdə tərkibində İslamiadanın qızıl medalını qazanıblar - YENİLƏNİB

14 Avq, 2022
14:32
1952

Azərbaycan gimnastları qarışıq cütlükdə tərkibində İslamiadanın qızıl medalını qazanıblar - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan gimnastları Vladimir Dolmatov və Mədinə Mustafayeva V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası yarışlarında qızıl medal qazanıblar.

Trend xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan komandasının üzvləri Dolmatov və Mustafayeva qarışıq cütlüklər arasında birinci yeri tutmuşlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

13:27

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıblar.

Oxu.Az xəbər verir ki, Konya V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi aerobika gimnastikası üzrə təmsil edən Mədinə Mustafayeva gümüş medal qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri