15 
Avq
2022
21:17
352
29
2445
Virtual karabakh

İslamiada: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi qalib olub

15 Avq, 2022
21:17
2445

İslamiada: Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi qalib olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.

17:58

Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.

Azərbaycanın həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri