16 
Avq
2022
10:04
149
11
805
Virtual karabakh

Güllü Ağalarzadə: “Çalışacağıq, gimnastika üzrə dünya çempionatında daha yaxşı kompozisiyaları ifa edək”

16 Avq, 2022
10:04
805

Güllü Ağalarzadə: “Çalışacağıq, gimnastika üzrə dünya çempionatında daha yaxşı kompozisiyaları ifa edək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çalışacağıq ki, gimnastika üzrə dünya çempionatında daha yaxşı kompozisiyalarımızı ifa edək”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.

“Komandamız ilk dəfə idi ki, İslam Həmrəyliyi Oyunlarında çıxış edirdi. Bayrağımızı layiqincə təmsil etməyə çalışdıq. Ümumilikdə üç medal qazandıq”, - Azərbaycan təmsilçisi vurğulayıb.

“Azərbaycan bayrağını dalğalandırmaq olduqca məsuliyyətli hissdir. Çalışdıq ki, bunun öhdəsindən layiqincə gələk”, - bədii gimnast əlavə edib.

Güllü Ağalarzadənin sözlərinə görə, bundan da yaxşı nəticələrə imza atmaq mümkün idi:

“Daha yaxşı çıxış edə bilərdik. Amma bir ay sonra bizi dünya çempionatı gözləyir. Çalışacağıq ki, dünya çempionatında daha yaxşı kompozisiyalarımızı ifa edək”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri