16 
Avq
2022
12:00
119
9
1277
Virtual karabakh

Hindistan federasiyasının FIFA-ya üzvlüyü dayandırılıb

16 Avq, 2022
12:00
1277

Hindistan federasiyasının FIFA-ya üzvlüyü dayandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) Şurasının Bürosu Hindistan Futbol Federasiyasının (AIFF) təşkilata üzvlüyünü dayandırıb. Səbəb təşkilatın keçmiş rəhbəri Praful Patelin öz vəzifəsini tərk etməkdən imtinasıdır.

Bu barədə FIFA-nın mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, FIFA Şurasının Bürosu üçüncü şəxslərin qeyri-qanuni təsiri ilə əlaqədar AIFF-in qurumdakı üzvlüyünü dayandırıb.

AIFF Federasiyanın keçmiş rəhbəri Praful Patel səlahiyyət müddəti bitdiyi halda vəzifəsində qaldıqdan (Hindistan Ali Məhkəməsi bu addımı etibarsız saysa da) sonra problemlər yaşamağa başladı. Hindistanın Ali Məhkəməsi AIFF İcraiyyə Komitəsinə seçkilərin mümkün qədər tez keçirilməsinə qərar verib. Bundan əlavə, Patelə qarşı məhkəmə qərarına hörmətsizliklə bağlı iş açılıb.

FIFA üzvlüyünün dayandırılmasından sonra Hindistan bu il oktyabrın 11-dən 30-dək 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşib. FIFA hazırda turnirin Cənubi Asiya respublikasında keçirilməsi imkanlarını dəyərləndirir.

Mənbə: India Today

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri