16 
Avq
2022
12:06
119
28
2192
Virtual karabakh

DYP “Qarabağ” - “Viktoriya” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

16 Avq, 2022
12:06
2192

DYP “Qarabağ” - “Viktoriya” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) “Qarabağ” - “Viktoriya” oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, azarkeşlərə oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur:

“Avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu “Qarabağ” Çexiyanın “Viktoriya” komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq.

Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Oyuna baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə bir saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri