16 
Avq
2022
12:18
298
11
3107
Virtual karabakh

Qurban Qurbanov: “Qruplara düşmək üçün son sınağımızdır”

16 Avq, 2022
12:18
3107

Qurban Qurbanov: “Qruplara düşmək üçün son sınağımızdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qruplara düşmək üçün son sınağımızdır. Bu vaxtadək fərqli rəqiblərə qarşı oynadıq. Hazırkı rəqibimiz digərlərindən tam fərqlənir. Çexiya futbolu oyun nizam-intizamı ilə seçilir”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Çexiyada atletik futbolun öndə olduğunu bildirib: 

“Bu cür komandalara qarşı oynamışıq. Biz daha çox güc sərf etməliyik. Bakıda və səfərdə çox dözümlü olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Matça maraq da çoxdur. Fanatların inamını qoruyub saxlamaq niyyətindəyik. İnanıram ki, tərəfdarları razı sala biləcəyik”.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri