16 
Avq
2022
17:29
277
25
3860
Virtual karabakh

“Qarabağ”ın səfər oyununun biletləri iki saata satılıb - YENİLƏNİB

16 Avq, 2022
17:29
3860

“Qarabağ”ın səfər oyununun biletləri iki saata satılıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çexiyada “Viktoriya” (Plzen) və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərinin hamısı satılıb.

“Report” Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər satışa çıxdıqdan iki saat sonra bitib.

Komandanın kapitanı qapıçı Lukaş Heyda bu xəbərdən məmnun qaldığını söyləyib. 32 yaşlı qolkiper evdə yenidən azarkeşlərin dəstəyinə arxalanacaqları üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç avqustun 17-də Bakıda olacaq.

16:22

Çexiyada “Viktoriya” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

“Report”un məlumatına görə, bilet satışı Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).

Qeyd edək ki, avqustun 23-də “Dusan Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç avqustun 17-də Bakıda olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri