16 
Avq
2022
17:57
173
12
1458
Virtual karabakh

Samir Əliyev: “İslamiada bizim üçün böyük təcrübə oldu”

16 Avq, 2022
17:57
1458

Samir Əliyev: “İslamiada bizim üçün böyük təcrübə oldu”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bilirsiniz ki, klublarımız həm Çempionlar Liqası, həm də Avropa Liqasında oynadıqları üçün buraya istədiyimiz heyəti gətirə bilmədik. Üstəlik, Premyer Liqa başlayırdı. Ona görə daha gənc heyətlə gəldik”.

“Report”un Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev V İslam Həmrəyliyi Oyunlarında Əlcəzair millisinə penaltilər seriyasında qalib gələrək, bürünc medal qazandıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

43 yaşlı mütəxəssis əvvəlcə qrupdan çıxacaqlarını gözləmədiklərini bildirib:

“Amma uşaqlar əllərindən gələni etdilər. Yarımfinala adladıq. Artıq iştaha yarandı ki, finalda oynayaq. Təəssüf ki, alınmadı. Üçüncü yer uğrunda gərgin mübarizə getdi. Penaltilər seriyasında qələbə qazanıb, üçüncü yeri tutduq”.

Əliyevin sözlərinə görə, oyunun gedişatı əsas vaxtın qolsuz başa çatacağını göstərirdi:

“Sona iki-üç dəqiqə qalmış 11 metrlik cərimə zərbələrini kimlərin vuracağını müəyyənləşdirirdik”.

Baş məşqçi “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimlinin bugünkü qarşılaşmada meydana çıxmamasının səbəbini açıqlayıb:

“Təəssüflər olsun ki, matça iki-üç saat qalmış özünü narahat hiss etdi. Bu səbəbdən riskə getmədik. Onun əvəzinə meydana çıxan futbolçu meydanda əlindən gələni etdi”.

O, İslamiadanın elə də prestijli yarış olmaması ilə bağlı fikirlərlə razılaşmadığını söyləyib:

“Ola bilər, digər idman növlərində belə deyil. Amma futbolda hamısı güclü rəqiblər idi. Türkiyə, Səudiyyə Ərəbistanı, Əlcəzair buraya güclü heyətlə gəlmişdilər. Bizdəki oyunçuların əksəriyyəti isə növbəti seçmə mərhələdə U-21-i təmsil edəcək. İslamiada bizim üçün böyük təcrübə oldu. Dörd oyunun gələcəkdə nəticə qazanmaq baxımından yığmaya xeyri dəyəcək”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri