17 
Avq
2022
14:27
344
22
2337
Virtual karabakh

İslamiada: Azərbaycanın kişi cüdo millisi finala çıxıb - YENİLƏNİB

17 Avq, 2022
14:27
2337

İslamiada: Azərbaycanın kişi cüdo millisi finala çıxıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 hesabı ilə məğlub edərək finala çıxıb. 

Kişi millisi finalda meydan sahibi Türkiyə ilə qarşılaşacaq.

Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.

Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

12:26

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yığma yarımfinalda Özbəkistana 45:32 hesabı ilə qalib gəlib.

Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət kollektiv həlledici görüşdə İran seçməsi ilə üz-üzə gələcək.

11:04

Azərbaycanın şpaqa üzrə kişilərdən ibarət milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından “Report”a verilən məlumata görə, Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət seçmə kollektiv kişi şpaqaçıların komanda yarışında 1/4 finalda Birləşmiş Ərəb Əmirlikləri yığmasına 45:33 hesabı ilə qalib gəlib.

Milli yarımfinalda Özbəkistan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:30-da başlayacaq.

10:18

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 13-cü günə start verilib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan idmançıları bu gün səkkiz idman növündə qüvvələrini sınayacaqlar.

Bu gün Azərbaycan karateçiləri də mübarizəyə qoşulacaqlar.

Kamandan oxatma

09:00 - Komanda və qarışıq komanda yarışları

Qılıncoynatma

10:00 - Kişilər, şpaqa komanda yarışları

Karate

10:00 - Roman Heydərov (kata), Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), İnci Əzizova (50 kq), Mədinə Sadıqova (55 kq)

Cüdo

11:00 - Kişi və qadınlardan ibarət qarışıq komanda yarışları

Üzgüçülük

11:00 - Məryəm Şeyxəlizadəxangah (50 metr sərbəst üsulla üzmə, təsnifat; 100 metr batterflay üsulu ilə üzmə, final), Selcan Əbdürəhmanlı, Fatimə Alkərəmova (hər ikisi 400 metr sərbəst üsulla üzmə), qarışıq estafet (4x100 metr, qadınlar, final), qarışıq estafet (4x100 metr, kişilər, yarımfinal), Əbdürəhman Rüstəmov (50 metr batterflay üsulu ilə üzmə)

Kikboksinq

11:00 - Yarımfinallar. Ramal Aslanov (loukik, 75 kq), Anar Məmmədov (loukik, 57 kq), Bəybala Quliyev (loukik, 86 kq), Amil Məmmədov (full-kontakt, 51 kq), Camal Məmmədov (full-kontakt, 54 kq), Ramiz Məmmədov (full-kontakt, 60 kq), Fərid Ağamoğlanov (full-kontakt, 63,5 kq), Saqi Salehli (full-kontakt, 75 kq), Elvin Ağayev (full-kontakt, 86 kq), Surət Qarayev (full-kontakt, 91 kq), Fəridə Abdullayeva (52 kq), Tülün Ələkbərova (60 kq), Esmira Məmmədova (65 kq); Finallar. Rəhim Əliyev (loukik, 71 kq), Bəhram Rəcəbzadə (loukik, +91 kq)

İdman gimnastikası

11:30 - Qadınlar, çoxnövçülük, komanda yarışları

3x3 basketbolu

17:45 - Azərbaycan – İordaniya (kişilər, 1/4 final)

18:45 - Azərbaycan – Özbəkistan (qadınlar, 1/2 final)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri