17 
Avq
2022
15:20
18
167
2897
Virtual karabakh

İslamiadada Azərbaycan kikboksçusunun döyüşündə saxtakarlıq edilib - FOTO

17 Avq, 2022
15:20
2897

İslamiadada Azərbaycan kikboksçusunun döyüşündə saxtakarlıq edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan kikboksçusu Surət Qarayevin (full-kontakt, 91 kq) görüşündə haqsızlıq edilib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, onun Özbəkistandan olan rəqibi Həsən Baratovun çəkisi 91 kq-dan artıq olsa da, döyüşə buraxılıb.

Bu da Azərbaycan nümayəndə heyətinin narazılığına səbəb olub və bundan protest verilib.

Azərbaycan Kikboksinq Federasiyası prezidenti Orxan Əliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva da Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı başda olmaqla, təşkilatçılara etirazlarını bildiriblər.

Qeyd edək ki, dünən Azərbaycan kikboksçularından Elxan Əliyev (full-kontakt, 71 kq), Qəşəm Məmmədov (lou-kik, 67 kq), Arzuman Qədimov (lou-kik, 63,5 kq) və Aysu Devrişova (56 kq) bürünc medal qazanıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri