17 
Avq
2022
18:08
128
11
2645
Virtual karabakh

Zdenek Folprext: “Viktoriya”nın mərhələ adlamaq şansı nisbətən azdır”

17 Avq, 2022
18:08
2645

Zdenek Folprext: “Viktoriya”nın mərhələ adlamaq şansı nisbətən azdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” Zdenek Folprext üçün ilk xarici klub olub. 2017-ci ilin yanvarında icarəyə götürülən yarımmüdafiəçi cəmi 6 ay ölkəmizdə qala bildi. Çünki mövsümün sonunda “ağ-qaralar” onu birdəfəlik transfer etmək hüququndan yararlanmadı. 

Bu il yenidən ölkəsinə qayıdan çexiyalı futbolçu Sports.az saytına müsahibə verib. 

31 yaşlı hücumameyilli oyunçu həm Azərbaycanda keçirdiyi illəri yada salıb, “Viktoriya”nın Çempionlar Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ” önündə şanslarını dəyərləndirib:

- Uzun müddətdir Azərbaycan mediasında sizin barənizdə xəbər yoxdur. İşləriniz necədir?

- “Neftçi”dən ayrıldıqdan bir müddət sonra Kiprə yollandım, üç il orada çıxış etdim. Bu ilin yayında isə Çexiyaya qayıtdım. Hazırda “Vlaşim”in futbolçusuyam. 

- Azərbaycanda hələ də əlaqə saxladığınız adam var?

- “Neftçi”dəki Vüqarla zaman-zaman əlaqə saxlayıram. O, gözəl oğlandır. “Neftçi”dəki keçmiş komanda yoldaşlarımdan isə Pavel Dreksa və hərdən İqnasio Errera ilə danışırıq. 

- “Neftçi” xatirinizdə necə qalıb?

- “Neftçi” barədə çox xoş xatirələrim var. Orada yaxşı insanlarla tanış oldum. “Neftçi”nin gözəl stadionu və fantastik azarkeşləri var. 

- Sizin dövrünüzdə komandanın uğur qazanmasına nə mane olurdu? 

- Çox sayda yeni oyunçularımız var idi. Ona görə də bizə bir az vaxt lazım idi. 

- “Neftçi”də çox qalmadınız. Gedişinizin səbəbi nə idi?

- Mən qalmaq istəyirdim. “Slovan”dan icarəyə götürülmüşdüm. Liberets klubu icarə müddəti bitdikdən sonra transferim üçün bir qədər pul istəyirdi. Amma həmin məbləğ “Neftçi” üçün yüksək idi. Buna görə “Slovan”a qayıtmalı oldum. 

- Azərbaycan yaddaşınızda necə qalıb?

- Mən orada çox zövq aldım. Sevgilimlə birlikdə qalırdım. O, indi mənim həyat yoldaşımdır və 2 oğlumuz var. Bakını yenidən görmək üçün ora istirahətə getməyi planlaşdırırıq. 

- “Neftçi”ni və Azərbaycan futbolunu izləyirsiniz?

- “Neftçi”ni izləyirəm. Konfrans Liqasında “Rapid”lə oyunlarına baxdım. Demək olar ki, bəxtləri gətirmədi. Ümumilikdə “Neftçi” əla çıxış edir. 

- “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya klubu “Viktoriya” ilə qarşılaşacağından yəqin ki xəbəriniz var? 

- Bəli, var. Mən eyni zamanda Çexiyada böyük bir futbol telekanalına ara-sıra dəvət alıram. Bir növ orada da çalışıram. Bu səbəbdən “Viktoriya” ilə “Qarabağ”ın oyununu izləyəcəyəm. 

- “Viktoriya” necə komandadır, “Qarabağ”la oyunlarda şansları necə görürsünüz? 

- Düşünürəm ki, şanslar 50/50-dir. Lakin “Viktoriya”nın mərhələ adlamaq şansı nisbətən azdır. Çünki “Qarabağ”ın fərdi keyfiyyətləri yüksək olan çox yaxşı oyunçuları var. Ancaq “Viktoriya” da birlikdə güclü kollektivdir. 

- “Viktoriya”nın futbolçuları, oyun üslubu və baş məşqçisi haqda nə deyə bilərsiniz? 

- Oradakı futbolçular uzun müddətdir bir yerdədir. Çox yaxşı müdafiə xətti və güclü qapıçıları var. Kollektiv olaraq fantastikdirlər. Xüsusən də, səfər matçlarında etibarlı müdafiə olunur, əks-hücumlarda təhlükəli olurlar. Görüşün böyük hissəsini topsuz keçirməkdə çətinlik çəkmirlər və taktika baxımından çox yaxşıdırlar. Müdafiənin lideri kapitan Lukaş Heydadır. O, güclü və nəhəngdir. Eyni zamanda topla da yaxşı davranır. Çünki 17 yaşına qədər pleymeyker kimi oynayıb. Hücumçuları Tomaş Çori çox təhlükəlidir. O da nəhəngdir, iki metr boyu var. Çox qaçır və döyüşür. Bütün oyunçular komanda üçün hər şeyini vermək istəyir. Sistem öz-özünə işləyir. Bu da baş məşqçi Mixal Bilekin böyük zəhmətinin bəhrəsidir. Düzdü, “Viktoriya”nın ötən mövsüm Çexiya çempionu olması sürpriz idi. 

- Azərbaycan yaddaşınızda necə qalıb? 

- Mən orada çox zövq aldım. Sevgilimlə birlikdə qalırdım. O, indi mənim həyat yoldaşımdır və 2 oğlumuz var. Bakını yenidən görmək üçün ora istirahətə getməyi planlaşdırırıq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri