18 
Avq
2022
17:29
311
17
2369
Virtual karabakh

İslamiada: Azərbaycanın daha iki karateçisi finala yüksəlib - YENİLƏNİB

18 Avq, 2022
17:29
2369

İslamiada: Azərbaycanın daha iki karateçisi finala yüksəlib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha iki karateçisi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 84 kq-dakı Pənah Abdullayev və 84 kq-dan yuxarı çəki dərəcəsindəki Asiman Qurbanlı həlledici görüşə vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin edib. 

İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata komandası isə bürünc medal uğrunda mübarizə aparacaq.

16:42

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 68 kq-da çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin edib.

12:46

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 4 kikboksçusu finala yüksəlib.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) və Fərid Ağamoğlanov (Full kontact 63,5 kq) yarımfinalda qalib gələrək finalda iştirak etmək hüququ əldə ediblər.

Qeyd edək ki, bu gün Saqi Salehli (Full contact, 75 kq) və Elvin Ağayev (Full contact, 86 kq) də final görüşlərinə çıxacaqlar.

09:36

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 14-cü günə start veriləcək.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Azərbaycan idmançıları sonuncu gündə üç idman növündə qüvvəsini sınayacaq.

Tokio olimpiadasının gümüş mükafatçısı, karateçi İrina Zaretska da mübarizə aparacaq.

İdman gimnastikası
15:30. Qadınlar (final)
Çoxnövçülük - komanda

Kikboksinq

11:00. Kişilər, yarımfinallar və finallar
Yarımfinal: Ramal Aslanov (Low-kick, 75 kq), Anar Məmmədov (Low-kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) Fərid Ağamoğlanov (Full kontact 63,5 kq)
Final: Saqi Salehli (Full kontact, 75 kq), Elvin Ağayev (Full kontact, 86 kq)

Karate
Kişilər: Pənah Abdullayev (+84 kq), Asiman Qurbanlı (+84 kq)
Qadınlar: Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (+68 kq)

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri