18 
Avq
2022
13:36
106
14
858
Virtual karabakh

Avropa birinciliyi: Azərbaycanın bir boksçusu finala, ikisi yarımfinala yüksəlib

18 Avq, 2022
13:36
858

Avropa birinciliyi: Azərbaycanın bir boksçusu finala, ikisi yarımfinala yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Ərzurum şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsi başa çatıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 28 ölkədən 378 idmançının qatıldığı yarışda Azərbaycan millisinin daha iki idmançısı yarımfinalda iştirak hüququ qazanıb.

Sübhan Babayev (44 kq) Emanuel Kioabadan (Rumıniya) sonra Tsotne Muntçavadan (Gürcüstan) da güclü olub. Babayev bu görüşü vaxtından əvvəl hesabına yazıb.

Boksçu ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Bununla özü üçün ən azı bürünc medalı təmin edən dəri əlcək sahibi yarımfinalda Georgi Ralfla (İngiltərə) üz-üzə gələcək.

Bağır Əlimxanlı (46 kq) Oskaras Pliauqanı (Litva) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda ukraynalı Starik İllya ilə qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. Bürünc medalı təmin edən Əlimxanlı yarımfinalda Mixael Xamesi (İngiltərə) sınağa çəkəcək.

Əli Məmişov (70 kq) isə adını finala yazdırıb. Orestas Staponkus (Litva) və Niko Qoretaya (Xorvatiya) qalib gələn idmançı yarımfinalda yunanıstanlı Nikalaos Bliatzeni də məğlub edib. Məmişov 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesablı qələbə sayəsində həlledici görüşə yüksəlib. O, çempionluq uğrunda Giorgi Biqvava (Gürcüstan) ilə qüvvəsini sınayacaq.

Kənan Aslanlı (60 kq) və İsmayıl Vəliyev (63 kq) isə medalın bir addımlığında büdrəyib.

Qeyd edək ki, daha öncə Banuçiçək Nəsirli (44 kq) də Avropa birinciliyinin yarımfinalında iştirak hüququ qazanıb. Qaliblər avqustun 20-də bəlli olacaqlar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri