18 
Avq
2022
20:56
133
24
1777
Virtual karabakh

Rummeniqqe: “Levandovski üçün darıxıram. Təəssüf ki, “Barselona”da vəziyyət onun təsəvvür etdiyi kimi deyil”

18 Avq, 2022
20:56
1777

Rummeniqqe: “Levandovski üçün darıxıram. Təəssüf ki, “Barselona”da vəziyyət onun təsəvvür etdiyi kimi deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bavariya”nın keçmiş baş direktoru Karl-Heinz Rummeniqqe “Bavariya”nın hücum xəttini Avropanın ən sürətli hücumu adlandırıb.

Münhenlilərin hücum xəttinə hazırda Sadio Mane, Tomas Müller, Serj Qnabri, Leroy Sane, Kinqsli Koman və digər oyunçular daxildir.

“Mən bu hücumu bütün Avropada ən sürətli hücum adlandırardım.

Salihamidciç yaxşı transferlər etdi. “Bavariya”nın ilk oyunlarına, xüsusən də hücuma xəttinə əsasən deyə bilərik ki, onun planı çox uğurlu alındı”, - deyə Rummeniqqe qeyd edib.

O, komandada hücumçu Robert Levandovskinin çatışmadığını da etiraf edib.

“Bəli, Levandovski üçün darıxıram. Unutmaq olmaz ki, Robertin sayəsində çoxlu titullar qazandıq. Onun Barselonada vəziyyəti necədir? Təəssüf ki, onun təsəvvür etdiyi kimi deyil”, - deyə keçmiş baş direktor əlavə edib.

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri