19 
Avq
2022
00:34
446
29
1516
Virtual karabakh

Rusiyada artıq “Formula 1” yarışları keçirilməyəcək

19 Avq, 2022
00:34
1516

Rusiyada artıq “Formula 1” yarışları keçirilməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula 1” üzrə dünya çempionatının rəhbərliyi bundan sonra yarışları Rusiyada keçirmək fikrində deyil.

Bu barədə cümə günü “Formula 1”in icraçı direktoru Stefano Domenikali bildirib.

“Söz verirəm: Biz daha Rusiya Qran Prisinin rəhbərliyi ilə danışıqlar aparmayacağıq. Artıq yarış olmayacaq”, - Domenikali deyib.

Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar “Formula 1” rəhbərliyi Rusiya Qran Prisi ilə bağlı müqaviləyə xitam verib. 2014-cü ildən etibarən yarış Soçidə keçirilib. Rusiya Qran Prisi üçün müqavilə 2025-ci ilə qədər nəzərdə tutulmuşdu.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri