19 
Avq
2022
23:38
233
62
5112
Virtual karabakh

Braziliyalı ulduz “Mançester Yunayted”də - YENİLƏNİB + FOTO

19 Avq, 2022
23:38
5112

Braziliyalı ulduz “Mançester Yunayted”də - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mançester Yunayted yarımmüdafiəçi Kasemironun transferi üçün Madrid “Real”ı ilə razılığa gəlib.

Bu barədə Premyer Liqa klubundan məlumat verilib.

Qeyri-rəsmi məlumatlara görə, 30 yaşlı braziliyalı mankunianlarla şəxsi müqavilənin şərtlərini müzakirə etməli olacaq.

Futbolçunun tibbi müayinədən keçmək üçün yaxın 24-48 saat ərzində İngiltərəyə uçacağı gözlənilir. Kazemiro bir illik uzadılma opsiyalı 4 illik müqavilə imzalayacaq.

Onun transferi üçün “Kral klubu”na 70 milyon avro ödəniləcək.

12:32

Madrid “Real”ının yarımmüdafiəçisi Kazemiro “Mançester Yunayted”ə keçməyə hazırlaşır.

Britaniyalıların braziliyalı futbolçu üçün 60 milyon avro ödəyəcəyi deyilir. Bundan başqa, 10 milyon avro da bonuslar şəklində ödənilə bilər. Futbolçu “Mançester Yunayted”də həftəlik 413 min avro qazanacaq.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm İspaniya çempionatında 32 oyuna çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə edib. Kazemiro “Real”da 2013-cü ildən çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

“Trasnfermarkt”ın məlumatına görə, Kazemironun bazar dəyəri 40 milyon avrodur.

Mənbə: Gazeta.ru 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri