19 
Avq
2022
19:50
132
20
2128
Virtual karabakh

Premyer Liqa: “Şamaxı” və “Səbail” ilk xalını qazandı - VİDEO

19 Avq, 2022
19:50
2128

Premyer Liqa: “Şamaxı” və “Səbail” ilk xalını qazandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

Günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan oyun 1:1 hesablı bərabərliklə ilə başa çatıb.

İlk qolu 20-ci dəqiqədə qonaqlardan Ruslan Hacıyev vurub. Meydan sahiblərindən isə Amil Yunanov 71-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu nəticədən sonra yeni mövsümdə ilk xallarını qazanan komandalar 7-8-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, avqustun 20-də “Neftçi” “Sabah”ın qonağı olacaq. Bir gün sonra “Kəpəz” “Qəbələ” ilə, “Zirə” “Sumqayıt”la qarşılaşacaq. Bu turun “Turan Tovuz” – “Qarabağ” matçı isə “köhlən atlar”ın Çexiyada “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri