Sen
2022
18:28
243
10
2670
Virtual karabakh

“Qarabağ”ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

5 Sen, 2022
18:28
2670

“Qarabağ”ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Nant” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Antuan Kombuare A siyahısına 24 futbolçu cəlb edib.

Liqa 1 təmsilçisinin erməni əsilli oyunçusu Qor Manvelyan əsas siyahıda yer almayıb.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto (hər ikisi Braziliya), 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 23. Robin Vuazin, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 93. Şarl Traore

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 20. Loann Duse

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), Mustafa Məhəmməd (Misir), Abdul-Kader Bamba

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri