Sen
2022
18:54
49
171
1549
Virtual karabakh

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

7 Sen, 2022
18:54
1549

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

23 yaşlı cüdoçu 10 - 11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində mübarizə aparacaq.

Qeyd edək ki, Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri