Sen
2022
21:42
420
34
5279
Virtual karabakh

Zabit Səmədov: “Uduzsam, mütləq revanş olacaq” - FOTO

8 Sen, 2022
21:42
5279

Zabit Səmədov: “Uduzsam, mütləq revanş olacaq” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məşhur idmançı ilə görüşmək istəyirdim. Antonio Silva da tanınmış döyüşçüdür”.

“Report”un məlumatına görə, bunu karyerasının son görüşünü keçirəcək Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov deyib.

O bildirib ki, rəqibi Antonio Silva hazırda o qədər də güclü idmançı deyil:

“Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. Tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Ona qalib gəlib karyeramı bitirmək istəyirəm”.

Səmədovun sözlərinə görə, Antonio Silvanı hələ 2011-ci ildə duelə dəvət etmək istəyib:

“Fyodor Yemelyanenkonu məğlub edəndən sonra onu bura dəvət etmək istəyirdim. Amma alınmadı. Qismət indiyə imiş”.

38 yaşlı döyüşçü karyerasını bitirdikdən sonra film sektorunda işini davam etdirəcəyini vurğulayıb:

“Vətən” filmi çəkiləcək. Orada da bir rolda yer alacağam. Möhtəşəm layihə olacaq”.

Z.Səmədov bildirib ki, ola bilsin ki, bu onun sonuncu döyüşü olmasın.

O bildirib ki, braziliyalı rəqibinə uduzsa, revanş döyüşü istəyəcək:

“Əgər Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm”.

O qeyd edib ki, kikboksçu Alim Nəbiyevi bu turnirə o dəvət edib:

“Bildiyiniz kimi, mən Belarusda, o da Ukraynada yaşayıb. İstədim ki, doğma vətəndə – Azərbaycanda turnirdə çıxış etsin. Mənim sahib olduğum klubda məşq keçdi və dəvətimi yerə salmayıb turnirə qatılmağa razılıq verdi. Alim "Glory" turnirində çıxış edir. Kifayət qədər tanınmış idmançıdır. Belə bir idmançının burada çıxış etməsi də böyük üstünlükdür”.

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.

Daha çox şəkil burada: Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri