20 
Fev
2015
10:59
12
54
2606
Virtual karabakh

Avropa Liqasının 1/16 final oyunları keçirilib - NƏTİCƏLƏR

20 Fev, 2015
10:59
2606

Avropa Liqasının 1/16 final oyunları keçirilib - NƏTİCƏLƏR

“Qara qartallar” da oyundan məğlub ayrılıb.

Avropa Liqasının 1/16 final mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
 
Günün ən maraqlı qarşılaşması İstanbul nəhənginin “Beşiktaş”-ın İngiltərədə “Liverpul”-la görüşü olub. “Qara qartallar” da oyundan məğlub ayrılıb. Lakin Slaven Biliçin yetirmələri “Trabzonspor”dan fərqli olaraq, qapısından 1 top buraxıb. Qarşılaşmanın 84-cü dəqiqəsində italiyalı hücumçu Mario Balotellinin penaltidən vurduğu qol “Liverpul”a qələbə qazandırıb.
 
Avropa Liqası
1/16 final, ilk oyunlar
19 fevral
"Olborq" (Danimarka) - “Brügge” (Belçika) - 1:3
Qollar: Helenyus, 71-pen - Oulare, 25, Refaelov, 29. Petersen, 61-avtoqol
 
“Roma” (İtaliya) - “Feyenoord” (Hollandiya) - 1:1
Qollar: Cervinyo, 22 - Kazım, 55
 
“Dnepr” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan) - 2:0
Qollar: Kankava, 51, Rotan, 55
 
 PSV (Hollandiya) – “Zenit” (Rusiya) - 0:1
Qol: Hulk, 64
 
“Torino” (İtaliya) – “Atletik” (İspaniya) - 2:2
Qollar: Lopes, 18; 42 – Villiams, 9, Qurpeqi, 73
 
"Trabzonspor” (Türkiyə) – “Napoli” (İtaliya) - 0:4
Qollar: Henrike, 6, İquain, 20, Qabbiadini, 27, Zapata, 90+2
 
"Volfsburq" (Almaniya) – “Sportinq” (Portuqaliya) - 2:0
Qollar: Dost, 47; 63
 
"Yanq Boyz" (İsveçrə) – “Everton” (İngiltərə) - 1:4
Qollar: Hoarau, 10 - Lukaku, 24; 39; 58, Koleman, 28
 
“Ayaks” (Hollandiya) – “Legiya” (Polşa) - 1:0
Qol: Milik, 34
 
“Anderlext” (Belçika) – “Dinamo” M (Rusiya) - 0:0
 
“Seltik” (Şotlandiya) “İnter” (İtaliya) - 3:3
Qollar: Armstronq, 24; 25, Quydetti, 90+3 - Şaqiri, 4, Palasio, 13; 45
 
"Genqam" (Fransa) – “Dinamo” K (Ukrayna) - 2:1
Qollar:  Biuvue, 72, Diallo, 75 - Veloso, 19
 
“Liverpul” (İngiltərə) – “Beşiktaş” (Türkiyə) - 1:0
Qol: Balotelli, 84-pen
 
“Sevilya” (İspaniya) – “Borussiya” M (Almaniya) - 1:0
Qol: İborra, 70
 
“Tottenhem” (İngiltərə) – “Fiorentina” (İtaliya) - 1:1
Qollar: Soldado, 6 - Basanta, 36
 
“Vilyarreal” (İspaniya) - "Zalsburq" (Avstriya) - 2:1
Qollar: Uçe, 32, Çerışev, 54 – Soriano, 48-pen

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri